Tarixin ən yaxşı futbolçusu odur!

05.06.2015 00:23     Sport reaksiya     1532

Lionel Messi Çempionlar Liqası tarixinin ən yaxşı futbolçusu seçilib. 
 
Reaksiya.Az apasport.az-a istinadən bildirir ki, "Master Card"ın azarkeşlər arasında apardığı sorğunun nəticəsinə görə, argentinalı ulduz yığdığı səs faizinə görə ən yaxın rəqibi Zinəddin Zidanı təxminən iki dəfə qabaqlayıb.
 
"Marka"nın məlumatına görə, Messi respondentlərin 27 faizinin səsini qazanıb, ikinci sırada yer alan Zinəddin Zidan 12, üçüncü Kristiano Ronaldo 11 faiz səs toplayıb.
 
Sonrakı yerlərdə isə braziliyalı fenomen Ronaldo (7 faiz) və Devid Bekhem (4 faiz) qərarlaşıb.
 
Maraqlıdı ki, Messiyə səs verən respondentlərin çoxu 55 yaşın üstündə olan azarkeşlərdi.

Şərhlər

Çox oxunanlar