“Keşlə” klubu Avropa Liqası üçün sifariş ərizəsini UEFA-ya təqdim edib
11.07.2018 14:49 Sport reaksiya 1184
Bakının “Keşlə” futbol klubu Maltanın “Baltsan” komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Reaksiya.az xəbər verir ki, siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu daxil edilib. Onların arasında yeni transferlər Miloş Boşançiç və Bahodir Nasimov da yer alıb. Otuz yaşlı serbiyalı Boşançiç hücumameyilli yarımmüdafiəçidir və son olaraq, Çexiya “Slovan”ında çıxış edib. Otuz bir yaşlı özbəkistanlı hücumçu Nasimov isə əvvəllər “Neftçi”də çıxış edib. O, 2011-2012-ci il mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olub. “Keşlə”nin sifariş ərizəsində qapıçılar - Kamran Ağayev, Orxan Sadıqlı, Şahin Zəkiyev, müdafiəçilər - Sertan Taşkın, Denis Silva, Slavik Alxasov, Azər Salahlı, Adrian Skarlatake, Tərlan Quliyev, Cabir Əmirli, Murad Qayalı, yarımmüdafiəçilər - Vaqif Cavadov, Miloş Boşançiç, Sezar Meza Kolli, Herve Tçami, Fuad Bayramov, Məmməd Quliyev, Ebrima Sohna, hücumçular - Amil Yunanov, Bahodir Nasimov, Andre Klennon və Əlibəy Məmmədi yer alıblar. Qeyd edək ki, “Keşlə” “Baltsan”la ilk oyunu iyulun 12-də Maltanın Ta Qali şəhərindəki “Centenary” stadionunda keçirəcək. Cavab görüşü isə iyulun 19-da Bakıdakı “Dalğa Arena”da təşkil olunacaq.
Şərhlər