“Qarabağ” klubu UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb

12.07.2018 09:54     Sport reaksiya     1325

İyulun 11-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb. Reaksiya.az xəbər verir ki, turnirin birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Lyublyana şəhərindəki “Stojice” stadionunda Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşıb. “Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Miçel, Mahir Mədətov, Abdulla Zubir, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Vild-Donald Qerye və Coşqun Diniyev yer alıblar. “Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Rok Kronaveter, Abas İssa, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Ştefan Saviç, Tomislav Tomiç və Daniel Avramovski çıxıblar. Belçikalı baş hakim Lavrence Visserin idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Ağdam təmsilçisi istəyinə görüşün 79-cu dəqiqəsində çatıb. “Qarabağ”ın futbolçusu Vild-Donald Qerye hesabı açıb. Komandaların cəhdlərinə baxmayaraq, oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, matç “Qarabağ”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Komandalar arasında cavab oyunu iyulun 18-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qarabağ” mərhələ adlayacağı təqdirdə ikinci seçmə mərhələsində “Kukesi” (Albaniya)-“Valetta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.

Şərhlər

Çox oxunanlar