Bu gün “Neftçi” klubu UEFA Avropa Liqasında ilk oyununa çıxacaq

12.07.2018 10:59     Sport reaksiya     1114

İyulun 12-də “Neftçi” klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Macarıstanın “Uypeşt” komandası ilə üz-üzə gələcək. Reaksiya.az xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı hollandiyalı referi Dennis Xiqler idarə edəcək. Baş hakimin köməkçiləri Yost Van Zuylen, Cohan Balder və Simen Mulder olacaqlar. Görüş Bakı vaxtı ilə saat 21:00 başlayacaq. Qeyd edək ki, oyunla əlaqədar Bakıya gələn Macarıstanın “Uypeşt” klubunun iki futbolçusuna - malili yarımmüdafiəçi Diallo Alassana və nigeriyalı hücumçu Obinna Emmanuel Nvobodoya hava limanında viza verilməyib. Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcək. Beləliklə, baş məşqçi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalıb. Bakıya gec çatdıqlarından budapeştlilər “Dalğa Arena”da məşqə çıxa bilməyiblər və baş məşqçinin mətbuat konfransı ləğv olunub.

Şərhlər

Çox oxunanlar