"Real"dan daha bir transfer bombası - Messinin düşməni gəlir

22.07.2018 15:48     Sport reaksiya     1229

Kriştianu Ronaldunu "Yuventus"a satan "Real" daha bir ulduz futbolçunu transfer edir.

Reaksiya.az qaynarinfo-ya istinadən xəbər verir ki, Madrid klubu "İnter"dən Mauro İkardini heyətinə qatır. İspaniya mediasının məlumatına görə, "Real" İtaliya klubuna futbolçunun müqaviləsindəki sərbəst qalma maddəsində göstərilən 110 milyon avro ödəməklə transferi reallaşdıracaq.

Avropa mediası bu transferi Lionel Messiyə qarşı həmlə olaraq dəyərləndirir. Belə ki, Messi və İkardi arasında uzun müddətdi gərginlik davam edir. "Barselona"nın aşağı yaş qruplarında futbolun sirrlərini öyrənən İkardinin həm Kataloniya klubuna, həm də Messiyə müasibəti yaxşı deyil. Hətta onun bu səbəbdən Argentina millisi ilə dünya çempionatına aparılmadığı deyilir. 

 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan İkardi 2011-ci ildə 300 min avroya "Sampdoriya"ya transfer olunub. Bu klub isə 2 il onra onu 13 milyon avroya "İnter"ə satıb. Hazırda "Transfermarkt" İkardiyə 95 milyon avro qiymət qoyub. 25 yaşlı hücumçu ötən mövsüm A Seriyasında keçirdiyi 34 oyunda 29 qol vurub və bombardir olub.

Onu da qeyd edək ki, "Real"ın "Çelsi"dən Eden Hazardı 190 milyon avroya transfer edəcəyi deyilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar