Güləşçimiz erməniyə qalib gəldi

10.08.2015 05:21     Sport reaksiya     1957

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.
 
Reaksiya.az-ın ANS Pressə istinadən verdiyi xəbərə  görə, proqrama əsasən, çempionatın ilk günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. İlk yarış gününü güləşçilərimiz 1 qızıl və 3 bürünc medalla başa vurub. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.
 
42 kq-da təmsilçimiz Əsgər Məmmədəliyev mübarizəyə Latviya və Ermənistan güləşçiləri üzərində qələbə ilə başlayıb. Yarımfinalda Türkiyə təmsilçinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Polşa güləşçisinə heç bir şans verməyən Əsgər vaxtından əvvəl qələbə qazanaraq Avropa çempionatının bürünc medalına sahib olub. 
 
50 kq çəkidə mübarizə aparan İslam Bazarqanov bütün rəqiblərinə böyük hesabla qalib gələrək finala yüksəlib. Final yolunda Yunanıstan, Fransa və Türkiyə təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz həlledici görüşdə Moldova idmançısı ilə qarşılaşıb. Vaxtından əvvəl tam üstünlüklə qələbə əldə edən İslam Bazarqanov Avropa çempionatının qızıl medalını qazanıb.
 

Şərhlər