16-cı dünya su idman oyunları başa çatıb

10.08.2015 06:54     Sport reaksiya     1848

 Tatarıstanın paytaxtı Kazanda təşkil olunan 16-cı dünya su idman oyunları başa çatıb.Beynəlxalq Üzgüçülük Federasiyası tərəfindən təşkil olunan çempionatın bağlanış mərasimi 12 min nəfərlik Tatneft-Arena stadionunda baş tutub.

 Tədbirə Tatarıstan prezidenti Rüstəm Minnixanov, Rusiya baş naziri Dmitri Medvedev, Macarıstan baş naziri Viktor Orban, Beynəlxalq Üzgüçülük Federasiyasının rəhbəri Julio Maqlion da qatılıb.

 16 gün davam edən çempionatda 190 ölkədən 2923 idmançı üzmə, tullanma, sinxron üzmə, su polosu, açıq suda üzmə və hündürlükdən tullanma olmaqla 6 növ üzrə yarışıb.

 Çempionatda komanda sıralamasında Çin 15 qızıl, 10 gümüş və 10 bürünc olmaqla ümumilikdə 35 medalla birinci olub. ABŞ 13 qızıl, 14 gümüş, 6 bürünc olmaqla ümumilikdə 33 medalla ikinci yerə sahib olub. Rusiya isə 9 qızıl, 4 gümüş və 4 bürünc olmaqla 17 medalla üçüncü sırada qərarlaşıb.

 Qeyd edək ki, 17-ci dünya su idman oyunları Macarıstan paytaxtı Budapeştdə keçiriləcək.

Şərhlər