İngiltərə DÇ-2030-a iddia edir

02.08.2018 12:47     Sport reaksiya     1104

İngiltərə DÇ-2030-a ev sahibliyi etmək niyyətindədir. 
 
Bu barədə İngiltərə Futbol Assosiasiyasının prezidenti Qreq Klark məlumat verib. O, bildirib ki, bu barədə müzakirələr aparılır. Yekun qərar 2019-cu ilə qədər verilməyəcək. 
 
İngiltərə DÇ-2018-ə ev sahibliyi etmək üçün də mübarizə aparmışdı, ancaq Rusiyaya məğlub olmuşdu. 
 
DÇ-nin final mərhələsi bu ölkədə cəmisi bir dəfə - 1966-cı ildə keçirilib. 996-cı ildə isə İngiltərə Avropa çempionatını təşkil edib. 
 
Məlumata görə, DÇ-2030-u keçirmək üçün Argentina, Uruqvay və Paraqvay da birgə ərizə ilə müraciət edəcəklər. 
 

Şərhlər