İdmançılarımız 4 qızıl, 3 gümüş medal qazandı

10.08.2015 17:04     Sport reaksiya     1605

İranın Kərəc şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycan  idmançıları uğura imza atıb.

Reaksiya.az xəbər verir ki, Enşin karate idman növü üzrə keçirilən yarışa ölkəmiz 11 idmançı ilə qatılıb.

10-dan çox ölkənin iştirak etdiyi beynəlxalq yarışda idmançılarımız 4 qızıl, 3 gümüş medal qazanıb.

Qızıl medal qazanan idmançılarımız  Biləsuvar rayon sakinləri Ehtiram Əliyev, Elvin Məmmədov, Ələkbər Həmidi və Elmin Əliyevdir.

Beynəlxalq  turnirdə yer tutan idmançılarımız  noyabr ayında Almaniyada keçiriləcək  Avropa çempionatına lisenziya alıblar.

Bu yarışa kimi isə çempionlarımız  oktyabrda  Bakı turnirində  də güclərini sınayacaqlar.

Şərhlər

Çox oxunanlar