Azərbaycanın kişi cüdoçusu dünya çempionatında mübarizəyə qələbə ilə başlayıb
21.09.2018 11:19 Sport reaksiya 977
Bakıda keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.
Reaksiya.az "Report"a istinadən xəbər verir ki, qadınların yarışında 52 kq çəki dərəcəsində yer alan Buyankişiq Purevsuren 1/32 finalda böyük britaniyalı Çelsi Gilzə 80 saniyəyə ipponla uduzub.
Əvəzində 66 kq çəkidəki kişi cüdoçu Nicat Şıxəlizadə misirli Məhəmməd Abdelmavquta 38 saniyəyə ipponla qalib gəlib. Növbəti mərhələdə rəqib braziliyalı Daniel Karqnin olacaq.
Şərhlər