Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazası ilə tanış olub

25.09.2018 15:13     Sport reaksiya     1048

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer cüdo üzrə Azərbaycan milli komandalarının Bakı Olimpiya Stadionundakı təlim-məşq bazası ilə tanış olub. Reaksiya.az xəbər verir ki, ali cüdo qurumunun rəhbəri Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və vitse-prezident Sadıq Sadıqovla birgə idman qurğusu ilə tanış olub. M.Vizerə təlim-məşq bazasında Azərbaycanın yeniyetmə, gənclər və əsas yığmalarının hazırlıq keçdiyi barədə məlumat verilib. IJF-nin prezidenti görülən işləri yüksək qiymətləndirib və müasir tələblərə cavab verən bazanın cüdoçuların sərəncamına verilməsinə görə ACF rəhbərliyinə təşəkkür edib. O, bazanın Azərbaycanda cüdonun inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Qeyd edək ki, təlim-məşq bazası 2017-ci ilin noyabrında istifadəyə verilib.

Şərhlər