Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb

25.09.2018 17:18     Sport reaksiya     987

Azərbaycanda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının yarışlarına baxıb. Reaksiya.az xəbər verir ki, çempionatda kişilər arasında 100 kiloqram çəki dərəcəsində çıxış edən monqolustanlı idmançı Otqonbaatar Lxaqvasuren yarımfinal mərhələsində gürcüstanlı Varlam Liparteliani ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Monqolustan idmançısı məğlub olub. Otqonbaatar Lxaqvasuren bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Aaron Volfa qalib gələrək çempionatı üçüncü pillədə başa vurub. Qeyd edək ki, dünya çempionatında 125 ölkədən 800-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.

Şərhlər

Çox oxunanlar