AFFA-nın baş katibi yığmamızın üzvləri ilə görüşüb

28.09.2018 15:34     Sport reaksiya     960

Sentyabrın 28-də AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Reaksiya.az xəbər verir ki, baş katib Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb. Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 3-də Türkiyə, 6-da İsveçrə, 2 gün sonra isə Kipr komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı ikinci qrupun oyunları Türkiyədə təşkil olunacaq.

Şərhlər

Çox oxunanlar