“Mersedes” komandası Formula 1 Rusiya Qran-Prisində uğurlarını davam etdirmək istəyir
28.09.2018 21:53 Sport reaksiya 1095
Sentyabrın 28-də Soçidə 2018-ci il Formula 1 mövsümünün Rusiya Qran-Prisinə start verilib. Reaksiya.az xəbər verir ki, Rusiyada beşinci dəfədir keçirilən Qran-Pri yarışlarında yalnız “Mersedes” komandasının pilotları – britaniyalı Lyuis Hemilton (iki dəfə), alman Niko Rosberq və finlandiyalı Valtteri Bottas qələbəyə nail olublar. Bazar günü konstruktorlar kubokunun dördqat sahiblərinin Rusiya trasında hegemonluğunun davam edib-etməyəcəyi məlum olacaq. Rusiya Qran-Prisində “Mersedes”in əsas rəqibləri “Ferrari” komandasının pilotları, ilk növbədə, alman Sebastyan Fettel olacaq. Alman pilot finişə altı mərhələ qalmış şəxsi hesabda Hemiltondan 40 xal geridədir. Çempion olmaq üçün o, Soçidə qalib gəlməlidir. Fettelin komanda yoldaşı Kimi Raykkonen də son yarışlarda uğurla çıxış edir, lakin finlandiyalı pilotun alman tərəfdaşı üçün yarışacağı ehtimal olunur. “Kral yarışlarında” Rusiyanın yeganə təmsilçisi Sergey Sirotkin də azarkeşlərinin sevindirməyə çalışacaq. Moskvalı pilot “Uilyams” bolidində maksimum nəticə əldə etmək üçün bütün imkanlarını səfərbər edib, lakin hələ ki, onun səyləri nəticə vermir. Bundan əvvəl Sinqapurda keçirilmiş yarışlar Sirotkin üçün mövsümün ən yaxşı Qran-Prisi olsa da, rusiyalı pilot finişə sonuncu çata bilib.
Şərhlər