Azərbaycan voleybolçuları dünya çempionatında ilk oyununu keçirib

29.09.2018 13:44     Sport reaksiya     964

Azərbaycanın qadınlardan ibarət voleybol komandası Yaponiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb. Reaksiya.az xəbər verir ki, komandamız ilk görüşündə dünya çempionu ABŞ millisi ilə qarşılaşıb. Gərgin keçən oyun ABŞ millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb (29:27, 25:21, 25:21). Çempionatın ikinci turunda Azərbaycan komandası Cənubi Koreya millisi ilə qarşılaşacaq. Oyun sentyabrın 30-da Bakı vaxtı ilə 11.10-da başlayacaq.

Şərhlər

Çox oxunanlar