“Arsenal”ın baş məşqçisi: “Qarabağ” bizdən xal alsa təəccüblənmərəm

03.10.2018 18:40     Sport reaksiya     1039

“Qarabağ” ilə oyun bizim üçün çox əhəmiyyətlidir. Bizim oyun qrafikimiz çox sıxdır. “Qarabağ” klubu hər il mühüm təcrübə qazanır. Belə turnirlər “Qarabağ” üçün artıq adiləşib. Reaksiya.az xəbər verir ki, bu sözləri oktyabrın 3-də “Arsenal” klubunun baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” ilə səfər oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. Qırx altı yaxşı ispaniyalı mütəxəssis bildirib ki, biz Bakıya əsas oyunçularımızın bir neçəsini gətirməmişik. Henrix Mxataryan psixoloji cəhətdən bu oyuna hazır deyildi. Aaron Ramsey ailə problemlərinə görə, Peter Çex isə zədə üzündən bu oyunu buraxmalı oldu. “Qarabağ” bizdən xal alsa təəccüblənmərəm. “Sportinq” klubuna qarşı səfər oyununda gözəl taktiki oyun nümayiş etdirdi. Finala qədər bizi uzun və çətin yol gözləyir. Hazırda əsas hədəfimiz sabahkı oyuna hazırlaşmaqdır.

Şərhlər