Topaz Premyer Liqası I tur: günün nəticələri

11.08.2015 00:30     Sport reaksiya     1962

Bu gün Topaz Premyer Liqasında ilk turun daha iki qarşılaşması keçirilib. Reaksiya.az-ın məlumatına görə, qarşılaşmalardan biri Bakıda, digəri isə Qəbələdə baş tutub.

 

Premyer Liqaya yenidən dönən “Rəvan” ilk turda “Sumqayıt”ı qəbul edib. "Kimyaçılar" matçın ilk yarısında azlıqda qalmalarına baxmayaraq əzmkarlıq göstərərək oyunu bərabərliklə bitirməyə nail olublar.

 

Turun mərkəzi görüşü Qəbələdə oynanılıb. Hazırda Avrokubokda yoluna davam edən iki komanda - “Qəbələ” ilə “Qarabağ” üz-üzə gəlib. Olduqca maraqlı və gərgin keçən qarşılaşmada 4 qol olsa da qalib müəyyənləşməyib. Tərəflər hərəyə iki dəfə fərqlənərək ilk turun mərkəzi qarşılaşmasından qollu heç-heçə ilə ayrılıblar.

 

Matçın gedişində hesabda irəli olan və oyunçu sayında da rəqibini üstələyən ağdamlılar sona 5 dəqiqə qalmış Samir Zərgərovun qoluna əngəl ola bilməyərək Qəbələdən bir xalla qayıtmağa məcbur olublar.

 

Şərhlər

Çox oxunanlar