Azərbaycanlı futbolçu Həbibə görə şoka düşdü

02.02.2019 17:12     Sport reaksiya     1474

Rusiyanın "Spartak" klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədovun cəzalandırılmasına münasibət bildirib.

Reaksiya.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "İzvestiya"ya müsahibəsində bu qərarın sərt olduğunu deyib:

"Təəssüf ki, bu cür sərt qərar qəbul olundu. Belə uzun diskvalifikasiyaya görə şokdayam. Biz hamımız ona görə narahatıq. Hər döyüşündə onu dəstəkləyir və azarkeşlik edirik. Ümidvaram ki, bu cəza Həbibin qələbə ruhuna təsir etməyəcək və o, bir daha kimin ən güclü olduğunu göstərəcək".

Qeyd edək ki, sözügedən hadisəyə görə Atletika Komissiyası Həbibi 9, Konoru isə 6 ay müddətinə yarışlardan kənarlaşdırıb. Bundan başqa, rusiyalı idmançı 500 min avro məbləğində cərimələnib.

Reaksiya.az

Şərhlər