Bakıda "Zəfər günləri" keçiriləcək
05.06.2015 13:39 Sport reaksiya 1225
Birinci Avropa Oyunlarının keçirildiyi günlərdə - iyunun 14-dən 29-a qədər Milli Olimpiya Komitəsi yarışların qalibləri və mükafatçıları olan Azərbaycan idmançılarının şərəfinə "Zəfər günləri" adlı xüsusi tədbir keçirəcək.
Reaksiya.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumatına görə, bu layihə ilk dəfə həyata keçiriləcək.
Belə ki, medallar qazanan Azərbaycan atletləri, onların ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Komitənin inzibati binasında görüşlər təşkil ediləcək.
Zəfər qazanan idmançılara MOK-un xüsusi mükafatları, hədiyyələri veriləcək.
Şərhlər