Həbsdə olan futbolçu oyuna çıxacaq?
12.08.2015 14:58 Sport reaksiya 2270
"Qəbələ" Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı Yunanıstanın "Panatinaikos" klubu ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. "Reaksiya.az" xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk bu siyahıda 20 futbolçuya yer ayırıb.
Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, yeddisi yarımmüdafiəçi, üçü isə hücumçudur.
Maraqlıdır ki, bu heyətdə yer alan futbolçular arasında komandanın kapitanı, millimizin yarımmüdafiəçisi və hazırda həbsdə olan Cavid Hüseynov da var.
Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrkeviç;
Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos;
Yarımmüdafiəçilər: 10. Dodo, 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov;
Hücumçular: 7. Ermin Zets, 9. Sergey Zenyov, 69. Aleksey Antonov.
Şərhlər