Azərbaycan kubokunun püşkü atılıb

13.11.2019 16:45     Sport reaksiya     1032

Azərbaycan kubokunda 2019/20 mövsümünün püşkatma mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbir AFFA-nın inzibati binasında təşkil olunub.

Püşk yarışda iştirak edəcək 12 komandanın rəqiblərini müəyyənləşdirib. Dekabrın 4-də start götürəcək yarışın 1/8 final mərhələsində Premyer Liqa və I divizionun hərəsindən 4 klub mübarizə aparacaq.

 

Premyer Liqanın digər 4 komandası – ölkəmizi bu il avrokuboklarda təmsil edənlər isə yarışa 1/4 finaldan başlayacaq. 1/4 və 1/2 final mərhələsinin cütləri iki dəfə qarşılaşacaq. 

Azərbaycan kuboku
1/8 final (4 dekabr)
1. “Sabah” – “Ağsu”
2. “Qaradağ-Lökbatan” – “Zirə”
3. “Sumqayıt” – “Zaqatala”
4. “Keşlə” – “Kəpəz”

1/4 final (15-16 və 19-20 dekabr)
5. “Qəbələ” - 1-ci cütün qalibi
6. “Səbail” - 2-ci cütün qalibi
7. “Neftçi” - 3-cü cütün qalibi
8. “Qarabağ” - 4-cü cütün qalibi

1/2 final (22 və 29 aprel)
9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
10. 7-ci cütün qalibi – 8-cı cütün qalibi

Final (16 may)
11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

Şərhlər