AFFA “Neftçi”ni cərimələyib

13.11.2019 16:48     Sport reaksiya     1129

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XI turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.

“Keşlə” – “Neftçi” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

“Qəbələ” – “Səbail” oyununda qonaqların futbolçusu Əli Sadıxov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

“Sabah” – “Sumqayıt” matçında paytaxt təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə ödəyəcək. Qarşılaşmanın 59-cu dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat ziyana düşüb.

“Qarabağ” – “Zirə” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ödəyəcək. Tibbi xidmət oyun öncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibləri 400 manat cərimə olunub.

Reaksiya.az

Şərhlər