David Vilya mövsümün sonunda karyerasını başa vuracaq

13.11.2019 16:49     Sport reaksiya     1019

Yaponiyanın “Vissel Kobe” klubunun ispaniyalı futbolçusu David Vilya karyerasını bitirəcəyi tarixi açıqlayıb.

APA-nın məlumatına görə, 38 yaşlı hücumçu mövsümün sonunda karyerasını başa vuracaq.

O bildirib ki, bu addımı çox düşünüb: “Bu barədə çox fikirləşdim. Ailəm və məni əhatə edən insanlarla müzakirələrdən sonra qərar verdim. Mən özüm futboldan getmək istəyirəm ki, buna məcbur olmayım”.

 

İspaniya millisi ilə dünya (2010) və Avropa (2008) çempionu olan forvard klub karyerasında “Xixon”, “Saraqosa”, “Valensiya”, “Atletiko”, “Barselona”, “Nyu York Siti” və “Melburn Siti”də də çıxış edib.

Qeyd edək ki, D.Vilya 2019-cu ilin yanvarında azad agent kimi “Vissel Kobe”yə keçib. O, cari mövsümdə 26 oyunda 12 qol vurub.

Reaksiya.az

 

Şərhlər