Avstriyalı futbolçu Azərbaycana gəlməkdənsə, milli karyerasını bitirməyi üstün tutub
13.11.2019 16:50 Sport reaksiya 1040
Avstriya milli komandasının futbolçusu Marko Arnautoviç yığma karyerasını bitirəcəyi tarixi açıqlayıb.
APA-nın məlumatına görə, 30 yaşlı hücumçu DÇ-2022-dən sonra millidə çıxış etməyəcəyini açıqlayıb.
M.Aranautoviç bunu uzaq səfərlərə getmək istəməməyi ilə izah edib: “Sonuncu səfər zamanı 11 saat 20 dəqiqə uçuşda olduq. Bunun 10 saatını yatdım. Yenə Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdur”.
Qeyd edək ki, 2008-ci ildən Avstriya yığmasında çıxış edən forvard 84 oyunda 26 qol vurub.
Şərhlər