Azərbaycanlı hakim-inspektor Danimarkaya gedəcək
13.11.2019 16:55 Sport reaksiya 1108
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev təyinat alıb.
APA-nın məlumatına görə, beynəlxalq dərəcəli ədalət təmsilçisi 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində iş başında olacaq.
O, VIII qrupunda keçiriləcək oyunlarda hakim-inspektor kimi çalışacaq. Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığmaları mübarizə aparacaq. Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək.
Şərhlər