"Qəbələ"dən Cavid Hüseynov açıqlaması
12.08.2015 17:07 Sport reaksiya 2302
“Qəbələ” klubu futbolçusu Cavid Hüseynovun adının "Panatinaikos"la Avroliqanın pley-off oyunu üçün UEFA-nın iştirak ərizəsinə salınmasına aydınlıq gətirib.
"Reaksiya.az" xəbər verir ki, klub bu haqda özünün rəsmi "facebook" səhifəsində bildirib:
"Qəbələ" İdman Klubunun UEFA Avropa Liqasının play-off mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni C.Hüseynovla bağlı həbs qətimkan tədbiri seçilmədən öncə göndərilib”.
Şərhlər