"Qəbələ" - "Panatinaikos" oyunu ingilis hakimə tapşırıldı

13.08.2015 12:42     Sport reaksiya     2463

 

Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la qarşılaşaaq "Qəbələ"nin oyununa təyinatlar açıqlanıb.
 
Reaksiya.az saytı Sportarena.az-a istinadən xəbər verir ki, UEFA oyunu ingiltərəli Andre Marrinerə həvalə edib. Onun köməkçiləri Simon Benneti, Li Betis olacaq. Dördüncü hakim funksiyasını isə Rober Madii yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Panatinaikos" görüşü avqustun 20- Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Şərhlər

Çox oxunanlar