"Bakı-2015”in medalları belə olacaq

06.06.2015 00:45     Sport reaksiya     1435

12-28 uyun aralığında Bakıda keçiriləcək I Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır. I Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumatına görə, mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı “Bakı-2015”in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək. Medalları "Azərsuvenir" şirkəti Bakıda hazırlayıb. Azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış "Adamas" zərgərlik şirkətinin birgə tərtib etdiyi medal dizaynı “Bakı-2015”in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın mərkəzində “Bakı-2015”in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub. Birinci Avropa Oyunlarında 6 min idmançı 20 idman növü üzrə yarışacaq.

Şərhlər

Çox oxunanlar