Türkiyə Superliqası: Açılışı "Fənərbaxça" edir

14.08.2015 14:22     Sport reaksiya     2034

Bu gün Türkiyə Superliqasında 2015/16 mövsümünə start veriləcək.

Reaksiya.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçiriləcək.

Mövsümün açılışını ötən mövsüm çempionatı 2-ci sırada tamamlayan "Fənərbaxça" edəcək. İstanbul təmsilçisi doğma azarkeşləri önündə "Əskişəhərspor"u qonaq edəcək.

Havaların isti keçməsi ilə əlaqədar oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.

 

Türkiyə Superliqası, I tur

14 avqust

00:00. "Fənərbaxça" - "Əskişəhərspor"

Şərhlər

Çox oxunanlar