Fransızdilli sayt: Azərbaycan bacarıqlı olduğunu nümayiş etdirir
06.06.2015 13:15 Sport reaksiya 1172
“Avropa Oyunlarının başlamasına bir həftə qalmış Azərbaycanın paytaxtındakı əla təşkilatçılıq, qonaqlar və fiziki məhdudiyyəti olan insanlar üçün hər cür imkanlar, obyektlərin dünya və Avropa standartlarına uyğun təşkili Azərbaycanın öz öhdəliyini çox gözəl şəkildə yerinə yetirdiyini sübut etdi”.
APA-nın məlumatına görə, bu barədə fransızdilli “le-caucase.com” saytında ilk Avropa Oyunları ilə bağlı verilən xəbərdə qeyd olunur.
Yazıda bildirilir ki, oyunların keçirilməsi üçün 18 yer müəyyən edilib və bu obyektlərə fiziki məhdudiyyəti olan insanların təhlükəsiz və asan daxil ola bilməsi üçün hər cür şərait yaradılıb: “Avropa Oyunları ilə bağlı Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru (BEGOC) Simon Kleg bütün qonaqlar üçün eyni xidmətlər və imtiyazların təmin ediləcəyini deyib. Əlillər üçün yaradılmış yüksək səviyyəli şərait və bu gərgin səyləri ilə Azərbaycan dünya miqyasında tədbirlərin hazırlanması və həyata keçirilməsində bacarıqlı olduğunu nümayiş etdirir. Bu, həmçinin daha böyük beynəlxalq yarışları keçirməyə imkan yaradır. Bunlardan biri Azərbaycan paytaxtının 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsidir və gələcəkdə keçiriləcək Olimpiya Oyunlarına namizədliyini irəli sürməsidir. Azərbaycanda görülən işləri nəzərdən keçirmək üçün 1996-cı ildə Atlantada paralimpiya çempionu olmuş Nik Morris bu ölkəyə səfər edib. Səfərinin yekununda bildirib ki, bütün tamaşaçılar, o cümlədən yaşlılar, əlillər üçün hər cür şərait yaradılıb və onlar Avropa Oyunlarının bütün imtiyazlarından istifadə edə biləcəklər. Belə ki, onların daşınması üçün nəqliyyat vasitələri ayrılıb, eyni zamanda əlillər üçün tribunalarda yerlər düzəldilib”.
Məqalənin sonunda qeyd olunur ki, Azərbaycanın Avropa Oyunlarını keçirmək gücündə ola bilməyəcəyi ilə bağlı şübhələr öz təsdiqini tapmayıb.
Şərhlər