Gimnastlar Gəncədə erməni terrorundan zərər çəkənlərə dəstək oldu

14.10.2020 01:10     Sport reaksiya     666

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Ermənistanın Gəncədəki dinc sakinləri raket atəşinə tutması nəticəsində xəsarət alanlara və həlak olmuş şəxslərin ailələrinə baş çəkib.

Reaksiya.az-ın Azərbaycan Güləş Federasiyasının "Facebook" səhifəsinə istinadən məlumatına görə, komanda üzvləri zərərçəkənlərin ailə üzvləri ilə öz hisslərini paylaşıblar.

Həmçinin, Gəncədəki həmkarları ilə görüşən gimnastlar mənəvi dəstəklərini çatdırıblar.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar