"Real Madrid"in məşhur futbolçuları koronavirusa yoluxdu

07.11.2020 14:26     Sport reaksiya     678

İspaniyanın "Real Madrid" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Reaksiya.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Kazemiro və hücumçu Eden Azarın test nəticəsi müsbət olub.

Son ölkə çempionunun digər futbolçuları və məşqçilər korpusunun üzvlərində infeksiya aşkarlanmayıb. Koronavirusa yoluxmuş hər iki oyunçu karantinə alınıb.

Reaksiya.az

Şərhlər