“Kəpəz” “Zirə” ilə ev oyununu Gəncədə davam etdirəcək

15.08.2015 15:34     Sport reaksiya     2685

“Zirə” ilə ev oyununun hazırlıqlarına Bakıda başlayan “Kəpəz” Peşəkar Futbol Klubu məşqlərin bundan sonrakı hissəsini Gəncədə davam etdirəcək. Bu barədə Reaksiya.az-a “Kəpəz” Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. Onun sözlərinə görə, “Sarı-göylər” avqustun 14-dən etibarən məşqlərini Gəncə şəhər stadionunda keçirəcək. Məşqlər saat 19:00-a təyin olunub. Bu arada komandanın avqustun 14-15-də keçiriləcək məşqləri mətbuat və azarkeşlər üçün açıq olacaq.

Şərhlər

Çox oxunanlar