Şahmatçımız Türkiyədə çempion oldu

16.08.2015 08:51     Sport reaksiya     2308

Azərbaycanın qrossmeysterləri Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Rauf Məmmədov Türkiyədə klub çempionatında qalib gəliblər.
 
Onlar "Beşiktaş" komandası uğrunda çıxış ediblər.
 
13 turda İstanbul komandası 12 qələbə qazanıb və 1 dəfə heç-heçə oynayıb. Komanda ümumilikdə 25 xal toplayıb.
 
Nicat Məmmədov, Fikrət Sideyifzadə və Gülnar Məmmədova 14 komanda arasında 12-ci yeri tutmuş "Çallıspor" komandası uğrunda çıxış ediblər.

Şərhlər