"Fənərbaxça"dan növbəti qələbə: Liderə çatdı
19.01.2021 14:13 Sport reaksiya 602
Yanvarın 18-də futbol üzrə Türkiyə çempionatının XIX turu çərçivəsində keçirilən qarşılaşmada "Fənərbaxça" doğma meydanda paytaxt təmsilçisi "Ankaragücü" qəbul edib.
Reaksiya.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu rəqibini 3:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin qollarını 28-ci dəqiqədə Mame Baba Tiam, 34-cü dəqiqədə Mbvana Samatta, 67-ci dəqiqədə isə Enner Valensia vurub. "Ankaragücü"n heyətində isə Emre Güral fərqlənib.
Günün digər matçında isə "Ərzurumspor" səfərdə "Kasımpaşa"nı 2:1 hesabı ilə üstələyib.
Hazırda Türkiyə Superliqasına 38 xalla "Beşiktaş" başçılıq edir. Onunla eyni xala malik olan "Fənərbaxça" 38 xalla ikinci, "Qaziantep" isə 34 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XV turda "Alanyaspor" istirahət edib.(Axar.az)
Şərhlər