Zidan da koronavirusa yoluxdu

22.01.2021 17:00     Sport reaksiya     687

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanda koronavirus aşkarlanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

 

Sonuncu “COVID-19” testi pozitiv çıxan fransalı mütəxəssisin karantinə alındığı diqqətə çatdırılıb.

48 yaşlı mütəxəssis son olaraq yanvarın 20-də 1:2 hesabıyla uduzduqları “Alkoyano” ilə kubok matçında komandasına rəhbərlik edib.

Reaksiya.az

 

 

 

Şərhlər

Çox oxunanlar