“Barselona”nın 1 milayrd avrodan çox borcu var
26.01.2021 13:13 Sport reaksiya 737
“Barselona”nın borcları müəyyənləşib. Reaksiya.az xəbər verir ki, katalon klubunun ümumi borcu 1,2 milyard avro təşkil edir.
Klub rəsmi saytının yaydığı məlumata görə, bu borcların 730 milyon avrosu qısa müddət ərzində ödənməlidir.
“Barselona”nın kreditorlara 265 milyon avro, idman personalına 164 milyon avro, müxtəlif sektorlarda 298 milyon avro borcu var. Klub 2019/2020-ci illər mövsümünü 488,4 milyon avro borcla başa vurub.
Şərhlər