“Qarabağ” və “Sumqayıt” yarımfinalda

06.02.2021 21:14     Sport reaksiya     746

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Reaksiya.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Qəbələ” son ölkə çempionu “Qarabağ”ı qəbul edib. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanmışdı. Səfərdə də rəqibinə üç qol vuran Qurban Qurbanovun yetirmələri sürprizə imkan verməyiblər.

 

Günün digər matçı “Səbail”lə “Sumqayıt” arasında baş tutub. Səfərdə rəqibini minimal hesabla məğlub etmiş paytaxt klubuna cavab görüşündə heç-heçə də kifayət edirdi. Amma Sumqayıt təmsilçisi bu oyunda qələbə qazanmaqla yarımfinala yüksəlib.

Bu iki cütün qalibləri yarımfinalda bir-biri ilə görüşəcəkdi. Bu isə o deməkdir ki, “Qarabağ” finala vəsiqə uğrunda “Sumqayıt”la mübarizə aparacaq.

Bu mərhələnin digər matçlarında “Keşlə” “Kəpəz”in, “Neftçi” “Zirə”nin qonağı olacaq. Hər iki qarşılaşma fevralın 7-də baş tutacaq.

Azərbaycan kuboku

Yarımfinalın cavab oyunları

6 fevral

“Qəbələ” – “Qarabağ” 0:3

Qol: M.Medvedev, 6. P.Andrade, 45+4-pen; 48.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.

Qəbələ şəhər stadionu.

“Səbail” – “Sumqayıt” 1:2

Qol: Ə.İsmayılov, 90+6-pen – R.Sadıxov, 10-pen. Ə.Qurbani, 23.

Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı.

Bakı. “ASCO Arena”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar