Uels millisi Bakıya 1000 nəfərlə gəlir

18.05.2021 12:25     Sport reaksiya     734

2020-ci il Avropa çempionatının  qrup mərhələsində ilk iki oyununu Bakıda keçirəcək Uels millisi paytaxtımızda dəstəksiz qalmayacaq.

Reaksiya.az xəbər verir ki, təxminən 1000 uelsli fanatın yığmaya dəstək olmaq üçün Bakıya gəlməsi gözlənilir. Onların koronavirus pandemiyası ilə bağlı bütün tələbləri yerinə yetirməyə hazır olduğu vurğulanıb.

Uels Futbol Federasiyası isə azarkeşlərdən  Azərbaycan və İtaliyada keçiriləcək AVRO-2020 oyunlarına səyahətlə bağlı İngiltərə hökumətinin xəbərdarlıqlarına qulaq asmağa çağırıb. İki ölkə Uels və İngiltərə hökumətlərinin sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısında olduğu üçün azarkeşlərin Azərbaycan və İtaliyaya getməməsi tövsiyə olunub.

Qeyd edək ki, Uels yığması iyunun 12-də İsveçrə, 16-da Türkiyə ilə Bakı Olimpiya Stadionunda, ayın 20-də İtaliya ilə Roma Olimpiya Stadionunda üz-üzə gələcək.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar