Moskvada bürünc medal

17.08.2015 10:50     Sport reaksiya     2174

Rusiyanın paytaxtı Moskvada taekvondo üzrə Qran-Pri turnirinə yekun vurulub.

Reaksiya.az xəbər verir ki, 3 gün davam edən yarış “Dinamo” arenasında baş tutub.

Azərbaycan millisi bu turnirdə 6 taekvondoçu ilə təmsil olunub. Mikayıl Əliyev (58 kq), Ayxan Tağızadə (68 kq), Ramin Əzizov (80 kq), Radik İsaev (+80 kq) kişilərin, Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qadınların mübarizəsində qüvvəsini sınayıb.

Komandamızın üzvləri yarışı 1 medalla başa vurub. 67 kq çəki dərəcəsində 3-cü olan Fəridə Əzizova bürünc medala yiyələnib.

Qeyd edək ki, bu il ilk dəfə keçirilən Qran-Pri turniri Türkiyə, Böyük Britaniyada da təşkil olunacaq. Yarışın final mərhələsi isə Meksikada baş tutacaq.

 

 

Şərhlər