Tokio-2020: 10 min nəfər könüllü olmaqdan imtina etdi

03.06.2021 14:18     Sport reaksiya     732

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları üçün təxminən 10 min şəxs könüllülükdən imtina edib.

Reaksiya.az "Newsweek"ə istinadən xəbər verir ki, kütləvi imtinaların əsas səbəbi koronavirus pandemiyasının yaratdığı təhlükələrdir.

Bildirilib ki, yerli hakimiyyət orqanları peyvənd kampaniyasında uğursuzluqla üzləşib. Yaponiya əhalisinin 2,3 faizi koronavirusa qarşı peyvənd olunub. Ölkədə 750 mindən çox insan infeksiyaya yoluxub, onlardan təxminən 13 mini dünyasını dəyişib.

Olimpiada və paralimpiadanın keçirilməsində təxminən 80 min könüllünün iştirakı planlaşdırılır.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Tokio Yay Paralimpiya Oyunları bu il 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar