Şəhriyar Teymurla qarşılaşdı: Qalib müəyyənləşmədi

09.06.2021 13:55     Sport reaksiya     562

İyunun 8-də “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçirilib.

Reaksiya.az xəbər verir ki, Rumıniyada təşkil olunan turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Turun digər oyunlarında ABŞ təmsilçisi Uesli So həmyerlisi Fabiano Karuananı, rusiyalı Aleksandr Qrişuk Rumıniya şahmatçısı Boqdan-Daniel Dyakı məğlub ediblər, Rumıniyalı digər şahmatçı Konstantin Lupulesku fransalı Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri isə erməni Levon Aronyan ilə qarşılaşmalarda heç-heçə ediblər.

Qeyd edək ki, şahmatçılarımız ötən üç turu da heç-heçə ilə başa vurublar.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar