Azarkeşlər Bakıda fərqli oyun görəcək - Burak

16.06.2021 13:26     Sport reaksiya     613

Azərbaycanda olmaq bizim üçün xoşdur. Oyunlar zamanı Azərbaycan xalqının sevgisini və dəstəyini hiss edəcəyimizdən əminəm.

Reaksiya.az xəbər verir ki, bunu Avro-2020-nin A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels millisi ilə qarşılaşacaq Türkiyə yığmasının futbolçusu, kapitan Burak Yılmaz bu gün təşkil olunan mətbuat konfransında deyib.

Hücumçu bildirib ki, açılış oyunu bizim üçün səfər oyunu idi və biz bunu hiss etdik. Bu hissləri Uels millisi yaşayacaq.

"İlk oyunda müəyyən səhvlərimiz oldu. Bu istiqamətdə məşqçilər korpusu futbolçularla danışıqlar apardı. Problemlərin aradan qalxdığını düşünürəm. Ümid edirəm ki, azarkeşlər İtaliya ilə oyunumuzdan fərqli futbol görəcəklər", - deyə forvard əlavə edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

Reaksiya.az

Şərhlər