Avropanın ən güclüsü bu gün bilinəcək

06.06.2015 19:12     Sport reaksiya     1205

Bü gün Avropanın ən güclü klubunun adına aydınlıq gələcək.
 
ANS PRESS-in məlumatına görə, Çempionlar Liqasının bu gün keçiriləcək final oyununda "Barselona" və "Yuventus" 5-ci dəfə qarşılacaq. Bundan əvvəlki 4 görüşdən ikisində "Yuventus", ikisində isə "Barselona" ​​turu keçən tərəf olub. Kataloniya klubu tarixində 5-ci dəfə Avropa çempionluğunu qazanmaq üçün mübarizə aparacaq. "Yuventus" isə Avropanın 1 nömrəli kubokunda 8-ci dəfə final həyəcanı yaşayacaq. İtalyan klubunun yalnız 2 çempionluğu var.
 
Berlin Olimpiya Stadionunda baş tutacaq final matçında Avropanın 1 nömrəli kubokunun 60-cı dəfə sahibinə veriləcək. Torino klubu 1973, 1983, 1997, 1998 və 2003-cü illərdə finaldan boynu bükük ayrılıb. Tarixinin ilk çempionluğunu, 1985-ci ildə Liverpulu məğlub edərək əldə edən "Yuventus" final matçının Heysel faciəsi ilə nəticələnməsi səbəbi ilə çempionluğu qeyd edə bilməmişdi. Torino klubu 1996-cı ildə isə "Ayaks"ı penaltılarla məğlub edərək çempion olub.
 
"Yuventus" - "Ayaks"
 
"Barselona" isə bu günə qədər 4 dəfə final oynayıb və hər səfərində evinə kubokla dönüb. İlk çempionluğunu 1992-ci ildə "Sampdoria"nı Kumanın unudulmaz qoluyla məğlub edərək əldə edən kataloniyalılar növbəti çempionluğu 2006-cı ildə qazanıb. İspanlar 9 il öncə Frank Raykard rəhbərliyində "Arsenal"ı məğlub edərək Avropanın ən güclüsü olmuşdu. Pep Qvardiola isə ispan klubuna 2009 və 2011-ci ildə 2 dəfə Çempionlar Liqasını qazandırıb. "Barselona" 2 finalda oyununda da "Mançester Yunayted"i məğlub edib.
 
Son olaraq 2003-cü ildə Çempionlar Liqasında final oynayan "Yuventus"un o heyətindən geriyə yalnız qapıçı Buffon qalıb. "Barselona"da isə 2011-ci ildə çempion olan heyətdən hələ 8 oyunçu komandada yer alır.
 
"Barselona" - "Yuventus"
 
 
"Barselona" və "Yuventus" ilk dəfə bir finalda mübarizə aparacaq. 2 komanda son olaraq 2002-2003 mövsümündə Çempionlar Liqası dörddəbir finalında qarşı-qarşıya gəlib. Həmin oyunlarda yaxşı oyun nümayiş etdirən italyanlar yarımfinal biletini alan tərəf olmuşdu.

Şərhlər

Çox oxunanlar