Cavid Hüseynov Bakı İstintaq Təcridxanasına köçürülüb

17.08.2015 17:11     Sport reaksiya     2620

Cavid Hüseynov avqustun 17-də Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Reaksiya.az  xəbər verir ki, bu haqda "Qəbələ" futbol klubunun sabiq kapitanının hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib. O, futbolçunun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün avqustun 18-də Səbail rayon Məhkəməsinə müraciət ediləcəyini də bildirib.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Sabail rayon Məhkəməsi Cavid Hüseynovu həbs edib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.

Bakı Apelyasiya Məhkəməsində "Qəbələ" futbol klubunun sabiq oyunçusu Cavid Hüseynovun şikayəti üzrə keçirilən prosesdə onun vəsatəti təmin edilməyib.  

 

 

Şərhlər