Mahir ÇL-in oyununda əsas heyətdə olacaq - Polşa mətbuatı
02.07.2021 16:27 Sport reaksiya 706
Polşa mətbuatı millimizin hücumçusu Mahir Emrelinin “Legiya”dakı çıxışları haqda müsbət fikirdədir.
Reaksiya.az xəbər verir ki, “Sports Review” yazır ki, Avstriyadakı təlim-məşq toplanışı zamanı azərbaycanlı futbolçu əla formada olduğunu göstərib və komandanı gücləndirə bilər. “Güman etmək olar ki, Çempionlar Liqasında “Bude/Qlimt”ə (Norveç) qarşı matçda oynayacaq yeganə yeni futbolçu Mahir Emreli olacaq”.
Onların fikrincə, komandaya qoşulan digər yeni futbolçulardan Lindsi Rouz, Mayk Navrotki, Coel Abu Hann, Mattias Yohanssen və Xosue ilk dəqiqələrdən meydana çıxmağa hazır deyillər.
“Sports Review” Mahirin əsas heyətdə yer alacağı qənaətindədir.
Qeyd edək ki, "Legiya"nın ÇL-in birinci təsfinat mərhələsində “Bude/Qlimt” qarşı oyunları iyulun 7-i və 14-də keçiriləcək.
Şərhlər