İspaniya superkubokunun qalibi müəyyənləşib

18.08.2015 03:28     Sport reaksiya     2025

Bu gün İspaniya superkubokunun qalibi müəyyənləşib.

Reaksiya.az-ın məlumatına görə, səfərdə “Barselona”  ilə 1:1 oynayan Bilbaonun "Atletik" klubu İspaniya superkubukonu qazanıb.

 

Bilbaoda keçirilən ilk matç gözlənilməz hesabla başa çatmışdı. Belə ki, Avropa Liqasının III təsnifat mərhələsində Bakının “İnter” klubunu mübarizədən kənarlaşdıran “Atletik” “Barselona”nı 4:0 hesabı ilə darmadağın etmişdi.

 

Cavab oyununda, 43-cü dəqiqədə Lionel Messi hesabı açsa da, ilk oyunun qəhrəmanı, “Barselona”nın qapısından üç qol keçirən Arits Aduris 74-cü dəqiqədə hesabı bərabərləşdirib.

 

Beləliklə “Atletik” tarixində ikinci dəfə İspaniya superkubokuna sahib çıxıb.

 

Şərhlər

Çox oxunanlar