Avro-2020: İngiltərə finalda!
09.07.2021 12:12 Sport reaksiya 749
Futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub.
Reaksiya.az xəbər verir ki, İngiltərə və Danimarka yığmaları üz-üzə gəliblər. Londondakı "Uembli" stadionunda oynanılan matçda meydan sahibləri 2-1 qalib gələrək finalda İtaliyanın rəqibi olub.
Qeyd edək ki, final matçı iyulun 11-də "Uembli" stadionunda olacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Şərhlər