"Qızıl top": Messi səsvermədə Levandovskini 33 xal qabaqlayıb
30.11.2021 17:47 Sport reaksiya 472
Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messinin "Qızıl top" mükafatı üçün topladığı xalların sayı açıqlanıb.
Reaksiya.az "Report"a istinadənxəbər verir ki, 34 yaşlı hücumçu 613 xalla birinci olub.
Argentinalı forvard Almaniyanın "Bavariya" klubunda çıxış edən ən yaxın rəqibi Robert Levandovskini 33 xal qabaqlayıb.
Polşalı oyunçu 580 xalla ikinci olub. İngiltərənin "Çelsi" komandasının italiyalı yarımmüdafiəçisi Jorjinyo 460 xalla üçüncü yeri tutub. "Mançester Yunayted"dən Kriştianu Ronaldu isə 178 xalla 6-cı yerlə kifayətlənib.
Sorğuda iştirak edən jurnalistlər ən yaxşı 5 oyunçunu müəyyən ediblər. Birinci yerin sahibi 6 xal, ikincilər 4 xal, üçüncü yeri tutan 3 xal, dördüncü 2 xal, beşinci sıradakı isə 1 xal alıb.
Şərhlər