Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirin başa çatacağı tarix bilindi

02.12.2021 12:31     Sport reaksiya     515

Dekabrın 17-də Bakıda start götürəcək Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə beynəlxalq turnirin başa çatacağı tarix bilinib.

Bu barədə Reaksiya.az-a Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov bildirib.

Onun sözlərinə görə, yarış iki böyük beynəlxalq turnirin arasına salınıb:

“Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirin dəqiq tarixi bəlli deyil. Yalnız onu deyə bilərəm ki, yarış dekabrın 17-də başlayacaq. Çünki dekabrın 16-da Dubayda dünya şahmat tacı uğrunda mübarizə yekunlaşacaq. Dekabrın 25-də isə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək rapid və blits üzrə dünya çempionatı başlayacaq. Ona görə də həmin yarışa kimi turniri başa vurmalıyıq”.

Qeyd edək ki, bu yarışda Azərbaycanı Şəhriyar Məmmədyarovla Rauf Məmmədov təmsil edəcək. Həmçinin, Rusiyadan Sergey Karyakinin yarışacağı bəllidir.

Reaksiya.az

Şərhlər